20 iyul 2011 21:25
Hedin Asxam: Qarabağ yığmanızdan güclüdü
Farer adalarının “Streymur” klubunun baş məşqçisi Hedin Asxam Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ” ilə cavab oyunu öncəsi bu gün Bakıda mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, rəqib komandanın çalışdırıcısı sabah keçiriləcək cavab matçı ərəfəsində bunları dilə gətirib:
“Qarabağ” çox güclü, texnikalı komandadı. Səviyyəcə bizim klubları üstələyir. Amma buna baxmayaraq, bizim şansımız var. Biz qələbə qazanmaq istəyirik. Bakıda çox isti var. Biz belə havaya alışıq deyilik. Bu, daha çox rəqibin işinə yarayır. Amma hesab edirəm ki, biz bu çətinliklərin öhdəsindən gələ bilərik. Necə ki, “Qarabağ” da Farer adalarında bunun öhdəsindən gəlmişdi. Yeri gəlmişkən, mən hesab edirəm ki, “Qarabağ” sizin yığmanızdan güclüdü”.
