21 iyul 2011 22:53

Qarabağ qol vura bilməsə də, növbəti mərhələdə (YENİLƏNİB)

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilir. Azerisport.az xəbər verir ki, qitənin nüfuzuna görə Çempionlar Liqasından sonra ikinci ən səviyyəli turniri olan Avroliqada iki Azərbaycan klubu da növbəti mərhələyə adlamaq üçün mübarizə aparırdı ki, bunlardan da biri “Qarabağ” idi.
 
Məlum olduğu kimi, Ağdam klubu artıq bu mövsümə elə birinci təsnifat mərhələsindən start verib. Komandamız həmin mərhələdə Litva “Banga”sı ilə üz-üzə gəlmişdi ki, iki oyunun cəminə görə rəqib qapısına 7 qol vurmaqla üst tura adlamışdı. Bu dəfə isə Qurban Qurbanovun komandası Farer adalarının “Streymur” klubuna eyni aqibəti yaşatmalıydı. İlk oyunda erkən qola imza atmalarına rəğmən, ağdamlılar məhz son saniyələrdə qol buraxmaqla qələbəni əldən vermişdilər – 1:1. Amma “Qarabağ” növbəti mərhələyə adlamaq üçün çox gözəl şansa malik idi. Çünki cütün taleyi məhz doğma azarkeşlər önündə müəyyənləşəcəkdi. Komandamız bu üstünlüyündən maksimum yararlanmağa sadəcə borcluydu.
 
Düzdü, komandamız qələbə qazana bilməsə də, minimum vəzifənin - qolsuz heç-heçənin öhdəsindən gələ bildi və adını üçüncü təsnifat mərhələsinə yazdırdı.
 
Avropa Liqası
İkinci təsnifat mərhələsi
Cavab oyunu
21 iyul
 
QARABAĞ - STREYMUR - 0:0 (0:0)
(İlk oyun - 1:1)
Hakimlər: Qoran Spirkoski, İqor Şirilov, Kiril Neqrieski, Petar Veljanovski (hamısı Makedoniya).
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya).
UEFA nümayəndəsi: Marinus Den Enqelsman (Hollandiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
QARABAĞ: 99. Bojan Pavloviç, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov, 24. Admir Teli, 25. Ansi Aqolli, 6. Rəşad Sadiqov (k), Rauf Əliyev, 17. Vüqar Nadirov, 22. Əfran İsmayılov, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 4. Zaur Həşimov, 9. Bəxtiyar Soltanov, 10. Emin İmaməliyev, 18. İlqar Qurbanov, 20. Nderim Nedzipi.
Baş məşqçi: Qurban Qurbanov.
STREYMUR: 1. Rene Torqard, 4. Gert Age Hansen, 6. Petur Dam Yakobsen, 7. Levi Hanssen, 8. Eqil a Bo, 10. Bardur Olsen, 11. Hans Pauli Samuelsen, 12. Marni Dyurhus (k), 22. Arnbyorn Hansen, 23. Leyf Niklasen, 27. Aleks dos Santos.
Ehtiyat oyunçular: 30. Yoan Pauli Yakobsen, 5. Poul Qrunveyt Olsen, 9. Arnar Dam.
Baş məşqçi: Hedin Axsam.
 
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
4. "Qarabag" oyun başlayan kimi hücuma atılıb. Amma hələlik nəticə yoxdu
5. "Qarabağ"ın hücumu zamanı Vüqar Nadirov ofsayda düşür
6. Rauf Əliyevin zərbəsi qeyri-dəqiq olur
8. Telinin zərbəsinə rəqib qapıçı inanılmaz reaksiya göstərir
15. "Qarabağ" rəqibini qapısına sıxışdırsa da, hələlik qol vura bilmir
18. Əfranın uzaqdan zərbəsi yan keçir
24. "Streymur" hələ ki, komandamızın təzyiqlərinə dözür
26. Vüqarın uzaqdan zərbəsində azacıq dəqiqlik çatışmır
27. Aqolli də oxşar zərbə ilə diqqət mərkəzinə düşür. Lakin qeyri-dəqiqdi
30. G.Hansen kobud oyuna görə sarı vərəqə alır
31. Raufun zərbəsi qapıdan yan keçir
36. Adamiyanın zərbəsində azacıq dəqiqlik çatışmır
43. A Bonun zərbəsi dəqiq olmur
45. İlk hissəyə iki dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. Adamiya inanılmaz epizoddan yararlana bilmir. Rəqib qapıçı əla oynayır
52. Farerlilər komandamızın güclü təzyiqi qarşısında tab gətirir
60. "Qarabağ"a bu nəticə sərf etsə də, çox təhlükəlidi və mütləq qol vurmaq lazımdı
65. Yakobsen hakimə etiraza görə sarı vərəqə alır
70. "Qarabağ"ın çox təhlükəli hücumu yenə qol gətirmir
73. Vüqarın əvəzində meydana Nedzipi daxil olur
76. Nedzipinin uzaqdan zərbəsi azacıq yandan keçir
78. Təhlükəli nöqtədə cərimə zərbəsi qazanırıq
78. Rəşad Sadıqovun zərbəsi qapının üstündən keçir
83. Niklasen yerini Arnar Dama verir
87. Rauf inanılmaz epizodda qol vura bilmir. Yaxın məsafədən zərbəsi qapıdan azacıq yan keçir
90. Əfranın əvəzində meydana İlqar Qurbanov daxil olur
90+3. İlqarın qapı qarşısına ötürməsinə çatan olmur
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.