20 iyul 2011 11:52
Volqanın baş məşqçisi Vaqifin meydana çıxacağı tarixi açıqladı
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov Rusiya Premyer Liqasında avqustdan tez debüt edə bilməyəcək. Azerisport.az xəbər verir ki, bir müddət öncə bu komandaya transfer olunan həmyerlimiz hələ Rusiya Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirilməyib.
Lakin Vaqif bu aqibətlə üzləşən tək futbolçu deyil. Onunla yanaşı digər yeni transferlərin də qeydiyyatı məhz həmin vaxta təsadüf edəcək. Elə Cavadovun şərəfini qoruduğu “Volqa”nın baş məşqçisi Dmitri Çerışev də bunu təsdiqləyib:
“Bizdə yaxşı yeni futbolçular var. Lakin onlardan avqusta kimi rəsmi oyunlarda istifadə edə bilmərik. Hazırda sərəncamımızda 14-15 oyunçu var. Mütləq gənc oyunçulardan heyətə cəlb etməliyik. Əgər hansısa oyunda onları döyüşə atmaq lazım gəlsə, bunu mütləq edəcəyik”.
