20 iyul 2011 11:44
Xəzər Lənkəranın futbolçusu Top-10-da
Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Maccabi” (Təl-Əviv) ilə İsraildəki oyunu “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Dieqo Souza üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu karyerasında 80-ci dəfə komandasının formasını geyməklə ilk onluğa daxil olub.
Söhbət “Xəzər Lənkəran” formasında ən çox oyun keçirənlərdən gedir. Legioner futbolçu indiyədək bu mövqeni bölüşdüyü Ceyhun Sultanovu (79) “Top-10”dan sıxışdırıb çıxarıb.
“Xəzər Lənkəran”da ən çox oyun keçirən 10 futbolçu:
1 Alim Qurbanov 167
2 Rəşad Abdullayev 155
3 Rahid Əmirquliyev 154
4 Kamran Ağayev 128
5 Radomir Todorov 125
6 Zaur Ramazanov 99
7 Emin Quliyev 98
8 Füzuli Məmmədov 98
9 Ədəhim Niftəliyev 82
10 Dieqo Souza 80
