21 iyul 2011 00:01

Xanlar Fətiyev: Kəpəz fəaliyyətini dayandırmayacaq

"Kəpəz" Peşəkar Futbol Klubunun fəaliyyətini dayandıracağı barədə məlumatlara aydınlıq gətirilib. Azerisport.az xəbər verir ki, Gəncə Regional Futbol Federasiyasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev bəzi kutləvi informasiya vasitələrində "Kəpəz" PFK-nın və "Tərəqqi" PFK-nın fəaliyyətini dayandıracağı barədə məlumatlara münasibət bildirib:
 
"Hesab edirəm ki, bu deyilənlər şayilərdən başqa bir şey deyil. Mən bu söz-söhbətlərin kimin tərəfindən, nə üçün və hansı məqsədlə yayıldığını deyə bilmərəm. Amma onu bilirəm ki, bu, Gəncə futbolunu, bu gözəl və maraqlı idman növünün şəhərimizdə olmağını istəməyənlərin işidi. Gəncə Regional Futbol Federasiyasının rəhbəri olaraq mən tam rəsmi bildirirəm ki, "Kəpəz"lə "Tərəqqi" fəaliyyətlərini dayandırmayacaq".
 
Federasiya sədri qeyd edib ki, "Kəpəz"in sponsorları AZNUR və Naxçıvan Avtomobil Zavodudu. Onların rəhbərliyi komandaları dəstəkləyəcəklərini rəsmi bəyan ediblər: "Əlbəttə belə söz-söhbətlər ürəkaçan deyil. Komandada ruh düşkünlüyü yaradır, nəinki fiziki hazırlıqlarına təsir edir, həm də mənəvi cəhətdən onları növbəti çempionata hazırlaşmağa mane olur. Mən yenə də deyirəm ki, bu şayiələr yalnız gündən-günə gözəlləşən və inkişaf edən Gəncənin futbolunu sevməyənlərin işidir. Biz bütün bunlara əhəmiyyət vermirik və ölkə başçısı İlham Əliyevin göstərişi ilə Azərbaycanda idmanın inkişafına öz layiqli töhfəmizi verməkdə davam edirik. Mən inanıram ki, yaxın vaxtlarda uzun illər futboldan uzaq qalmış Gəncənin "Kəpəz" və "Tərəqqi" komandaları futbol üzrə milli çempionatda layiqli nəticələr göstərərək azarkeşləri sevindirəcəklər". (Trend)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.