20 iyul 2011 00:03

Arif Əsədov: Real da 0:5 hesabı ilə uduzur

Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Arif Əsədov UEFA Çempionlar Liqasının “Dinamo” (Zaqreb, Xorvatiya) ilə Bakıdakı oyundan sonra bir sıra maraqlı açıqlamalar verib. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı öncə onu istefaya səsləyənlərə cavab verib:

“Oyuna gələn azarkeşlərə təşəkkürümü bildirmək istəyirəm. Onların məni istefaya səsləmələrinə gəlincə, mən postumdan getməyə hazıram. Amma yadınıza salın ki, Hans-Yurgen Gede komandanı nə günə qoymuşdu. Mən hesab etmirəm ki, iki oyunun nəticəsinə görə 0:3 hesabıyla uduzmaq normal nəticədi. Amma“Real” da0:5hesabıyla uduzur”.
 
Əsədov bu uğursuzluğa görə ruhdan düşmək lazım olmadığını bildirir: “Bu oyunları unutmaq lazımdı. Qarşıya baxmalıyıq. Mən hələ oyundan öncə də futbolçulara demişdim ki, biz bura pul qazanmaq üçün gəlməmişik. Biz çalışırıq ki, “Neftçi” daha da güclü olsun. Bir günə komanda yaranmır. Bizə çox güclü rəqib düşmüşdü. Amma buna rəğmən, biz normal mübarizə apardıq”.
 
Arif Əsədov komandasının “Xəzər Lənkəran”la müqayisə olunmasına qarşı çıxıb: “Neftçi” “Xəzər Lənkəran” kimi 15 futbolçunu alıb-sata bilməz. Azərbaycan futbolunun inkişafına mən cavabdeh deyiləm. Biz bir il ərzində belə komanda yaratmışıq. Demirəm ki, o, idealdı. Amma normaldı. Heç də pis olmayan legionerlərimiz var. Qarşıya baxmaq lazımdı. Biz yeni transferlər barədə düşünürük. Klub rəhbərliyi ilə məsləhətləşəcəyik. Mpenza çalışırdı, deməzdim ki, o, zəif oyun sərgilədi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.