20 iyul 2011 12:04
Rednik üçün XL-da növbəti yubiley
Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Maccabi” (Təl-Əviv) ilə İsraildəki oyununda “Xəzər Lənkəran”ın vurduğu yeganə qol komandamız üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, bu, baş məşqçi Mirça Rednikin rəhbərliyi altında vurulan yubiley – 50-ci qol olub.
Bu qolu da ona həmyerlisi Andrey Mureşan hədiyyə edib. Təxminən 1 ildi komandanın baş məşqçisi olan rumıniyalı 38 dəfə Azərbaycan çempionatı, penaltilər seriyası nəzərə alınmamaqla 11 dəfə Azərbaycan kuboku və ilk dəfə avrokuboklarda “Xəzər Lənkəran” qoluna sevinib.
