Yeni mövsümə hazırlıqlarını Sloveniyada davam etdirən “Bakı” bu gün sözügedən ölkədə təşkil olunan ikinci təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, rəqib elə Sloveniya birinci liqa komandası "Radomlje" olub.
Oyun “Sportni Park Rogaska” stadionunda baş tutub və qollu heç-heçə ilə başa çatıb.
Maraq üçün xatırladaq ki, “Bakı” Sloveniyada bir müddət öncə həyata keçirdiyi ilk təlim-məşq toplanışında 3 sınaq matçı keçirsə də, hamısında məğlub olmuşdu. “Zolaqlılar” növbəti sınaq matçını sabah Türkiyə Superliqa təmsilçisi "Karabük Karademirspor"a qarşı keçirəcək.
Yoldaşlıq oyunu
20 iyul
Bakı – Radomlje - 1:1 (0:0)
"Bakı"nın start heyəti: 1. Marko Şarliya 5. Stevan Bates 77. Aleksandar Soliç 6. İbrahim Karqbo 21. Novruz Məmmədov 9. Elvin Məmmədov 14. Elvin Əliyev 36. Uinston Parks 22. Maris Verpakovski 18. Denis İvanov 7. Deyvidas Çesnauskis.
Oyuna mərkəzdən sloveniyalılar başlayırlar
İlk hissə "Bakı"nın üstünlüyü şəraitində keçir. "Bakı" bir neçə qol imkanı yaratsa da, rəqib qapısının toxunulmazlığını qoruya bilir.
İlk hissə qolsuz bərabərliklə başa çatır.
İkinci hissədə "Bakı"nın heyətində dəyişikliklər var: Aleksandr Soliç və Elvin Əliyev meydanı tərk edirlər. Onların əvəzinə oyuna müvafiq olaraq Emin Cəfərquliyev və Nicat Abdullayev daxil olurlar.
51-ci dəqiqədə Uinston Parks hesabı açır. "Bakı" irəlidədi
60-cı dəqiqədə Cəmşid Məhərrəmov və Vyaçeslav Sofroni meydana çıxırlar. Aleksandr Starkov Uinston Parks və Deividas Çesnauskisi əvəzləyir.
dəq 61. Fabio Luis Ramim və Vadim Borets müvafiq olaraq Elvin Məmmədov və İbrahim Karqbonun yerinə oyuna girirlər.
dəq 74. Komandamız 11 metrlik cərimə zərbəsindən hesabı artıra bilərdi, ancaq rəqib qapıçı Fabio Luis Ramimin zərbəsini dəf edir.
dəq 73. Aleksey Savinov Maris Verpakovskini əvəzləyir.
dəq 75. Novrua Məmmədovun əvəzinə Şəhriyar Əliyev oyuna daxil olur.
dəq 80. Meydan sahibləri hesabı bərabərləşdirirlər 1:1.
Oyun başa çatdı