20 iyul 2011 00:17
Milan Badel: Bakıya qələbə üçün gəlmişdik
Xorvatiya çempionu “Dinamo”nun (Zaqreb) yarımmüdafiəçisi Milan Badel UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Neftçi” ilə Bakıdakı oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, qolsuz heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Çox çətin oyun alındı. Biz bura qələbə dalınca gəlmişdik. Amma heç-heçə də bizim üçün uğurlu nəticədi. Əsas odu ki, biz növbəti mərhələyə adladıq”.
