20 iyul 2011 12:38
Maccabi XL-la cavab matçının da favoritidi
Topaz bukmeker kontoru Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz digər oyunlarla yanaşı ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” və “Xəzər Lənkəran” da şanslarını dəyərləndirib.
Topaz İsrail “Maccabi”si ilə evdə qarşılaşacaq “Xəzər Lənkəran”ın şanslarının az olduğunu düşünür. Belə ki, bukmeker kontoru ilk oyunda 3:1 qalib gəlmiş Təl-Əviv klubunu Lənkərandakı oyunun da favoriti hesab edir.
Əvəzində “Qarabağ” Farer adalarının “Streymur” klubu ilə görüşünün aşkar favoriti kimi göstərilib.
Komandalarımızın oyunlarına qoyulan əmsallar isə belədi:
Avropa Liqası
İkinci təsnifat mərhələsi
Cavab oyunları
21 iyul
Xəzər L – Maccabi 3,40 3,20 1,80
Qarabağ – Streymur 1,05 8,00 14,00
Qeyd edək ki, Avroliqanın ikinci təsnifat mərhələsinin digər oyunları ilə tanış olmaq üçün Topaz-ın rəsmi saytına müraciət edə bilərsiz.
