21 iyul 2011 00:43
Streymur Qarabağa qarşı kapitansız oynayacaq
Farer adalarının “Streymur” klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunu öncəsi ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, ada təmsilçisi Ağdam klubu ilə Bakıdakı oyuna kapitansız çıxacaq.
Belə ki, “Streymur” liderlərindən olan Eqil a-Bo bu günkü qarşılaşmada komandasına kömək edə bilməyəcək. İlk oyunda iştirak etmiş futbolçuya bu dəfəki matçda iştirak etməyə zədəsi imkan vermir.
Xatırladaq ki, ilk qarşılaşmada Eqil a-Bonun komandası 1:1 hesablı heç-heçəyə nail olmuşdu.
