21 iyul 2011 00:55
Motti İvanir: XL-ın 15 minlik azarkeşindən qorxmuruq
İsrailin “Maccabi” klubunun baş məşqçisi Motti İvanir Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la cavab oyunu öncəsi lənkəranlı fanatlarla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Təl-Əviv komandanın çalışdırıcısı bu gün keçiriləcək cavab matçı ərəfəsində onlardan çəkinmədiklərini dilə gətirib:
“Biz sərhəddə heç bir problemlə üzləşmədik. Komandanı az gözlətdilər. Hesab edirəm ki, bizi burda yaxşı qarşıladılar. Matç ərəfəsində də ancaq yaxşı atmosfer hökm sürməkdədi. Komandanızı stadionda 15 min azarkeşin dəstəkləməsi məni qətiyyən qorxutmur. Bu, normaldı. Azarkeşlər öz komandasını dəstəkləməlidi”.
