21 iyul 2011 13:18
Georgi Adamiya: Azərbaycan futbolunda yeni tarix yazmaq istəyirik
“Qarabağ”ın yarımmüdafiəçisi Georgi Adamiya Avropa Liqasının “Streymur”la (Farer adaları) cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Streymur”la cavab oyunu ərəfəsində düşüncələrinizi bilmək istərdik...
- Bu, pis komanda deyil. Onlar “Banga”dan daha güclüdülər. Fikrimcə, 1:1 səfər oyunu üçün normal nəticədi. Hər halda bu hesab bizə cütün taleyini Bakıda həll etməyə imkan verir.
- Bəs “Qarabağ”ın oyunu indi nə səviyyədədi?
- Bizdə yeni futbolçular elə də çox deyil. Bu üzdən də anlaşma baxımından hansısa problem olduğunu düşünmürəm. Amma komanda hələ də forma yığmaqdadı. Hər halda komandanın indiki kondisiyaları “Streymur”u keçməyə imkan verir.
- Bəs Belçika “Brugge”sini?
- Onlar haqda düşünməyə hələlik vaxtımız yoxdu. Düzünü deyim ki, mən heç püşkatmanı da izləmədim. Mənə püşkün nəticələri haqda sonra danışdılar. Bizim başımız hələlik yalnız “Streymur”a qarışıb.
- Onlar haqda düşünməyə hələlik vaxtımız yoxdu. Düzünü deyim ki, mən heç püşkatmanı da izləmədim. Mənə püşkün nəticələri haqda sonra danışdılar. Bizim başımız hələlik yalnız “Streymur”a qarışıb.
- Belçika klubunun çalışdırıcısı bildirib ki, “Qarabağ” və “Streymur” eyni gücdə olan komandalardı...
- Hər şeyi oyun göstərəcək. Kim qalib gəlsə, o da güclüdü. Onun sözlərini müzakirə etmək fikrim yoxdu.
- O, həmçinin sizinlə yox, “Streymur”la qarşılaşmağı daha çox arzulayır...
- Onun bu fikri məni qətiyyən həyəcanlandırmır. Qoy onun proqnozu elə proqnoz olaraq da qalsın.
- İndi çoxları “Qarabağ”ın qrup mərhələsinə düşməsindən danışır...
- Şanslar haqda həmişə düşünmək olar. Biz də bunu çox arzulayırıq. Azərbaycan futbolunda yeni tarix yazmaq istəyirik. Amma gəlin unutmayaq ki, biz hələ sadəcə “Banga”nı keçmişik.
- Şanslar haqda həmişə düşünmək olar. Biz də bunu çox arzulayırıq. Azərbaycan futbolunda yeni tarix yazmaq istəyirik. Amma gəlin unutmayaq ki, biz hələ sadəcə “Banga”nı keçmişik.
- Adətən avrokuboklardan sonra “Qarabağ” çempionata elə də uğurlu başlamır...
- Ötən mövsüm bu, həqiqətən özünü göstərdi. Amma biz bu haqda düşünmək istəmirik. Çempionatın başlamasına hələ qalır. Biz hələlik Avroliqaya köklənmişik.
