21 iyul 2011 01:53
“Öz meydanımızda İsraildəkindən daha yaxşı oynayacağıq”
Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Katalin Doman Avropa Liqasının ikinci təsnifat mərhələsinin İsrail “Maccabi”si (Təl-Əviv) ilə cavab oyunu öncəsi fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, bu gün keçiriləcək cavab matçı ərəfəsində bunları dilə gətirib:
“Bizi çətin 90 dəqiqə gözləyir. Səfərdə biz daha artığını bacarmadıq. Amma öz səhvlərimizi aradan qaldırmaq üçün vaxtımız oldu. İnanıram ki, öz meydanımızda İsraildəkindən daha yaxşı oynayacağıq. Həm də öz meydanımızda birdən artıq qol vurmağı yaxşı bacarırıq. Əgər bunu bacarsaq, növbəti mərhələyə adlayacağıq”.
