21 iyul 2011 13:50
Onofraş: Debütümü növbəti mərhələyə çıxmaqla bəzəmək istəyirəm
“Xəzər Lənkəran”ın yeni oyunçularından olan Marius Onofraş UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin İsrail “Maccabi”si (Təl-Əviv) ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Maccabi” kimi komandanı iki top fərqi ilə məğlub etmək heç də asan olmayacaq. Çünki bununla yanaşı həm də özümüz qol buraxmamalıyıq. Amma hesab edirəm ki, biz bu vəzifənin öhdəsindən gələcək gücdəyik. Bu, məğlub edilməsi mümkünsüz rəqiblərdən deyil. Bizi gözləyən dəstək altında qələbə qazanmamaq günah olardı. Mən bu arenada ilk oyunuma çıxacam. Bu debütümü növbəti mərhələyə çıxmaqla bəzəmək istəyirəm”.
