21 iyul 2011 02:08
Eliran Atar: XL evdə daha aqressiv oynayacaq
İsrailin “Maccabi” klubunun forvardı Eliran Atar Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la cavab oyunu öncəsi fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Təl-Əviv komandasının hücumçusu bu gün keçiriləcək cavab matçı ərəfəsində bunları dilə gətirib:
“Mən hələ öncədən də rəqibimizin adi rəqib olmadığını bilirdim. Artıq ilk görüşdə onlar nəyə qadir olduqlarını nümayiş etdirdilər. Əminəm ki, onlar öz meydanlarında daha aqressiv oyun sərgiləyəcəklər. Amma biz də öz növbəmizdə öz üstünlüyümüzü qoruyub saxlamalayıq. Göstərməliyik ki, ilk oyunda qazandığımız qələbə qanunauyğun idi”.
