21 iyul 2011 22:19

XL yenə qələbə qazana bilmədi (YENİLƏNİB)

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Avroliqada iki Azərbaycan klubu da növbəti mərhələyə adlamaq üçün mübarizə aparırdı ki, bunlardan da biri “Xəzər Lənkəran” idi.
 
Lakin Azərbaycan kubokunun son qalibinin durumu o qədər yaxşı deyildi. Çünki komanda səfərdən sərfəli nəticə ilə qayıtmamışdı. Təl-Əvivdə 3 qol buraxan təmsilçimiz bunlardan yalnız birinin əvəzini çıxa bilmişdi. Bu üzdən də Mirça Rednikin komandasını mərhələ adlamaq üçün qol buraxmadan rəqib qapısına iki dəfə yol tapmalıydı. Rəqib qol vuracağı halda isə, vəziyyət bir qədər də qəlizləşəcəkdi. Belə olan halda komandamız 3 top fərqi ilə qələbə qazanmalıydı.
 
Amma çox təəssüf ki, qarşılaşmada hesab açılmadı. Beləcə, AZAL və "Neftçi"nin ardınca XL da mübarizəni erkən dayandırdı.
 
Yeri gəlmişkən qeyd edək ki, Rednikin “Xəzər Lənkəran”ın tarixinə düşməsi üçün gözəl şansı vardı. Məsələ burasındadı ki, “ağ-yaşıllar” bu günə qədər qitə miqyaslı turnirlərdə qələbə qazana və mərhələ adlaya bilməmişdi. Belədə Rednik üçün eyni vaxtda bir neçə ilkə imza atmaq şansı vardı: avrokuboklarda ilk qələbə, ilk dəfə növbəti mərhələ adlamaq kimi uğurların memarı. Lakin "ağ-yaşıllar"ın bu sindromlarına o da son qoya bilmədi.
 
Avropa Liqası
İkinci təsnifat mərhələsi
Cavab oyunu
21 iyul
 
XƏZƏR LƏNKƏRAN - MACCABİ) - 0:0 (0:0)
(İlk oyun - 1:3)
Hakimlər: Andrey Şandor, Oleq Muravyov, Vladimir Volodin, Yaroslav Kozik (hamısı Ukrayna).
Hakim-inspektor: Nuno Kastro (Portuqaliya).
UEFA nümayəndəsi: Volf-Qanter Uyesel (Almaniya).
Lənkəran. Şəhər Mərkəzi stadionu
 
XƏZƏR LƏNKƏRAN: 1. Kamran Ağayev (k), 3. Elvin Beqiri, 7. Katalin Doman, 8. Eder Bonfim, 9. Tsaba Borbeli, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 15. Emeka Opara, 16. Adrian Pit, 77. Marius Onofraş,  81. Rikardo Qomeş.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 2. Elnur Allahverdiyev, 5. Dieqo Qusmao, 10. Elnur Abdullayev, 18. Alim Qurbanov, 80. Joao Pinto, 84. Julius Vobay.
Baş məşqçi: Mirça Rednik.
MACCABİ: 55. Qay Haimov, 2. Klemi Saban, 4. Nivaldo (k), 7. Gilyermo İsraileviç, 10. Haris Medunyanin, 13. Munas Dabbur, 14. Yoav Ziv, 16. Elran Atar, 17. Savo Paviçeviç, 18. Mussa Kanate, 25. Rafi Dahan.
Ehtiyat oyunçular: 1. Barak Levi, 6. Qal Alberman, 15. Dor Mixa, 21. Şeran Yeini, 23. Moşe Loqasi, 24. Roberto Kolautti, 32. Roy Kehat. 
Baş məşqçi: Motti İvanir.
 
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
3. XL hələlik hücum qurmaqda çətinlik çəkir
4. Hiss olunur ki, qonaqlar ilk dəqiqələrdən oyunun tempini aşağı salmağa çalışırlar
5. Müdafiəçilərimizin kobud səhvi az qala qolla nəticələnəcəkdi. Son anda rəqib hücumçunun zərbəsi dəqiq olmur
7. Komandamızın ilk düşünülmüş hücumu zamanı qapıya dəqiq zərbə endirən tapılmır
8. Çox təhlükəli nöqtədə qayda pozuntusu. Nivaldonun cərimə zərbəsi son anda canlı səddə dəyir. Çox təhlükəli vəziyyət yaranmışdı
12. Futbolçularımız yenə tez-tez top itkilərinə yol verirlər ki, bu da pressinqlə oynayan qonaqların sürətli əks-hücumlar qurmasına şərait yaradır
13. Oparanın hesabı açmaq şansı olsa da, o, qapıya dəqiq zərbə endirə bilmir
17. XL-lı oyunçular çox tələsirlər
19. Pitin qapı qarşısına asmasına Opara çata bilmir
21. Opara inanılmaz epizodi qaçırır. O, qapıçı ilə üz-üzə qalsa da, qapıya dəqiq zərbə vura bilmir. Halbuki o, daha əlverişli mövqedə olan oyundaşına ötürmə versəydi, hesab açılmışdı
22. Eder Bonfim meydanın mərkəzində rəqib oyunçuya qarşı kobudluğa görə sarı vərəqə alır
23. Borbeliyə qarşı qayda pozuntusuna görə cərimə zərbəsi də təhlükəli alınır. Amma futbolçularımız bu şandan da yararlana bilmirlər
24. Bonfimin uzaqdan zərbəsi qapıdan aralı keçir
27. Qonaqların təhlükəli əks-hücumu zamanı Kamran topu tuta bilir
31. Rəqib qapıçı vaxtı uzatdığına görə baş hakim onu sarı vərəqə ilə cəzaladırır
35. XL istədiyi hücumları qura bilmir. Qonaqların sürətli əks-hücumları isə çox təhlükəlidi
39. Haimov komandasını qoldan xilas edir
41. Adi vəziyyətlərdə top itkiləri XL-ın işini çətinləşdirir
42. Onofraşın zərbəsində azacıq dəqiqlik çatışmır
İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
47. Doman kobud oyuna görə sarı vərəqə alır
52. Domanın əvəzində meydana Vobay çıxır
53. Qonaqların çox təhlükəli hücumu zamanı Kamran komandasını real qoldan xilas edir
56. Borbelinin əvəzində meydana Pinto çıxır
59. XL çox təhlükəli hücumun qarşısını alır
63. Vobay da kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
66. Zədələnən oyunçuya görə qarşılaşma 3 dəqiqə idi durmuşdu
67. Dabbur oyuna davam edə bilmir və yerini Yeiniyə verir
67. XL-da isə Onofraşın əvəzində Elnur Allahverdiyev oyuna girir
72. "Maccabi" artıq daha fəal oynamağa başlayıb
73. İsraileviçi Dor Mixa əvəzləyir
77. Qapı tiri XL-ı qoldan xilas edir
81. Vobayın cərimə meydançası həndəvərindən zərbəsi dəqiq olmur
85. Mussa Kanate yerini Moşe Loqasiyə verir
Matçın əsas vaxtına 5 dəqiqə əlavə olunur
90+1. Qonaqlar bir neçə real qol vəziyyəti yaratsa da, qol vura bilmirlər
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.