21 iyul 2011 22:44
Bakı Superliqa klubuna da uduzdu (YENİLƏNİB)
Yeni mövsümə hazırlıqlarını Sloveniyada davam etdirən “Bakı” bu gün sözügedən ölkədə təşkil olunan ikinci təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, Aleksandr Starkovun yetirmələrinin rəqibi Türkiyə Superliqa təmsilçisi "Kardemir Karabükspor" olub.
Son mövsümü 9-cu yerdə başa vuran sınaqçı rəqiblə oyun "zolaqlılar" üçün uğursuz alınıb. Türkiyə klubu "Bakı"ya iki cavabsız qolla qalib gəlib.
Maraq üçün xatırladaq ki, “Bakı” Sloveniyada bir müddət öncə həyata keçirdiyi ilk təlim-məşq toplanışında 3 sınaq matçı keçirsə də, hamısında məğlub olmuşdu. “Zolaqlılar” son matçını isə dünən Sloveniya birinci liqa komandası "Radomlje"yə qarşı keçirmişdi və 1:1 hesablı heç-heçəyə razılaşmışdı.
Yoldaşlıq oyunu
21 iyul
Bakı – Kardemir Karabükspor - 0:2
