21 iyul 2011 15:18
Qəbələ Barnetlə oyunda yeni futbolçularını sınayıb
Növbəti mövsümün hazırlıqlarını İngiltərədə davam etdirən “Qəbələ”nin dünən Londonda ilk sınaq matçına çıxdığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, Toni Adams yetirmələrini ölkəsinin aşağı divizion klublarından olan “Barnet”lə görüşdə sınayıb.
O, komandasını aşağıdakı start heyəti ilə meydana buraxıb: Qrem Smit, Nodar, Lyubo Baranin (k), Saşa Yunisoğlu, Sergey Sokolov, Abdulkader Kamara, Tərzin Cahangirov, Nuran Qurbanov, Yaşar Abuzərov, Leonardo Lima, Murad Huseynov.
Matç meydan sahiblərinin sürətli hücumları ilə başlayıb. İlk yarının artıq 9-cu dəqiqəsində “Qəbələ”nin qapısına penalti təyin olunub. Lakin baxışda olan qapıçı topu qaytarmağı bacarıb. 15-ci dəqiqədə müdafiədə buraxılan səhv nəticəsində isə hesab açılıb. Rəqibin sağ cinahdan iti ötürməsini digər oyunçu bir toxunuşla tora qovuşdurub. Daha bir epizodda isə qapı dirəyi komandamızı qoldan xilas edib. Murad Hüseynov və baxışa gələn braziliyali hucumameylli yarımmüdafiəçi Leonardo Lima qol vurmaq şansına malik olsa da, bunlardan yararlana bilməyib.
“Qəbələ” ikinci hissədə bu heyətlə mübarizə aparıb: Smit, Lyubo (k), Mahir Şükürov, Vurğun Hüseynov, Daniel Kruz, Rövşən Əmiraslanov, Aleksandr Çertoqanov, Stiv Olfers, Dodo, Arif İsayev, Deon Barton.
2-ci hissə daha baxımlı maraqı keçib. Lakin qarşılıqlı hücumlar şəraitində keçən görüşdə başqa qol vurulmayıb.
