21 iyul 2011 15:48

Andrey Mureşan: XL Avroliqanı erkən tərk etməməlidi

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Andrey Mureşan UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin İsrail “Maccabi”si ilə cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Xəzər Lənkəran” ilk oyunda bir qədər gərgin görünürdü. Bunu komanda üzərindən götürmək mümkün olub?
- Ola bilər düz qeyd edirsiz. İlk oyunun xüsusilə birinci hissəsini çox uğursuz keçirdik. Baxmayaraq ki, özümüz də qol vurduq. Bütün bunlar isə heyətdəki dəyişikliklərlə bağlıdı. Meydana yeni oyunçular çıxmışdı. Hansı ki, onların uyğunlaşmasına vaxt lazımdı. İkinci hissədə daha bir qol vurmaq üçün şanslarımız olsa da, ondan yararlana bilmədik.
 
- Rəqib necə görünürdü?
- “Maccabi” yaxşı komandadı. Futbol oynamağı bacarır. Amma onlar bizim imkan verdiyimiz qədər oynaya bildilər. Lənkəranda isə tam fərqli əhval-ruhiyyə olacaq. Azarkeşlərin simasında bizim 12-ci oyunçumuz da olacaq.
 
- “Xəzər Lənkəran”ın daha hansı üstünlükləri var?
- Əgər biz baş məşqçinin bütün dediklərini həyata keçirə bilsək, qələbə qazanarıq. Mirça Rednik nə etdiyini yaxşı bilir.
 
- Komandanın qarşısına erkən qol vurmaq vəzifəsi qoyulub?
- Əlbəttə, bu, bizi qane edir. Amma müdafiə haqda da düşünmək lazımdı. “Maccabi” əks-hücumlarda yaxşı oynayır. Onlara ötürmələrlərdə mane olmalıyıq.

- Əgər XL “Maccabi”ni keçməsə, bunu faciə saymaq olar?
- Mən bir şeyi bilirəm. Biz bu turniri erkən tərk etməməliyik. Axı bütün mövsümü avrokubokları gözləmişdik.
 
- Növbəti mərhələyə çıxacağınız halda mümkün rəqibləriniz də məlumdu...
- Çıxsaq, növbəti mərhələdə nisbətən zəif rəqiblə oynamalıyıq. Məhz bu üzdən də “Maccabi”ni keçməyə borcluyuq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.