21 iyul 2011 15:58

Qəbələ Braziliya yığmasının sabiq üzvünü alır (FOTO)

Hazırlıqlarını İngiltərədə davam etdirən "Qəbələ"nin düşərgəsinə yeni futbolçular gəldiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, bunlardan biri şotlandiyalı qapıçı Qrem Smit, digəri isə braziliyalı hucumameylli yarımmüdafiəçi Leonardo Limadı.
 
Toni Adams dünən İngiltərənin "Barnet" klubu ilə yoldaşlıq oyununda (0:1) hər iki futbolçuya oynamaq şansı verib. Qrem Smit 90 dəqiqə meydanda olub və bir neçə dəfə komandanı qoldan xilas edib. Leonardo Lima isə ilk yarıda oynayıb. O, bir dəfə yüzfaizlik qol imkanını boşa verib.
 
Qeyd edək ki, Leonardo Lima (Leonardo Lima da Silva) 14 yanvar 1982-ci ildə Braziliyanın Rio de Janeyro şəhərində dünyaya gəlib. 1.85 m boyu olan futbolçu karyerası ərzində Braziliyanın "Vasko da Gama", "Santos", "Gremio", "Flamengo", "Palmeiras", "Goias", "San Paulo", Bolqarıstanın ÇSKA (Sofiya), Portuqaliyanın "Maritimo" və "Porto” (2005, 7 oyun) klublarında çıxış edib. Onun son iş yeri Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Nasr" klubu olub.
 
Leonardo Lima Braziliya yığmalarında da çıxış edib. 1999-cu ildə U-17-yə, 2001-də U-20-yə çağırılan futbolçu 2003-cü ildə əsas yığmada 4 oyun keçirib.
 
Leonardo Lima 1999-cu ildə Braziliya U-17-si ilə Cənubi Amerika Kubokunun və Dünya çempionatının, 2001-ci ildə U-21-lər arasında Cənubi Amerika çempionatının qalibi olub. İki dəfə - 2003 və 2007-ci illərdə ("Vasko da Qama" və "Flamenqo") Rio de Janeyro, iki dəfə isə - 2006 və 2008-ci illərdə ("Santos" və "Palmeyras") San Paulo çempionatının qalibi olub.
 
Qrem Smit isə 1983-cü ilin 8 iyununda Şotlandiyanın Edinburq şəhərində dünyaya gəlib. Bu ilin iyun ayının 8-də 28 yaşını qeyd edəcək qolkiper Şotlandiyanın əsas klublarından olan "Reyncers"in yetirməsidi. 1999-cu ildən bu klubun aşağı yaş qrupları üzrə komandalarında çıxış edən Smit 2003-cü ildə əsas heyətə salınsa da, meydana çıxa bilməyib və bununla belə Şotlandiya Liqa Kubokunu qazanığb (2005). 2003-2004 mövsümündə Şotlandiyanın "Ross Kounti" klubuna icarəyə verilən Qrem 20 oyunda forma geyinib. 2005-ci ildə "Mothervell"ə transfer olunan qapıçı 2009-cu ilədək 127 oyunda komandanın şərəfini qoruyub. Smit 2009-2010 mövsümündə İngiltərənin Çempionşip klublarından olan "Brighton & Hove Albion"un şərəfini qoruyub və 6 oyunda meydana çıxıb. Onun son klubu "Hibernian" olub. 2010-2011 mövsümündə bu komandanın heyətində 16 matç keçirən Smit Şotlandiya çempionatını 10-cu pillədə başa vurub.
 
"Qəbələ"nin maraq dairəsinə düşən futbolçu Şotlandiyanın B yığmasında 1 oyun keçirib. Smit əsas yığmaya da dəvət alıb. O, AVRO-2008-in seçmə mərhələsində Farer adaları ilə keçirilən oyuna dəvət alsa da, meydana çıxmayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.