21 iyul 2011 16:16
Streymur Qarabağla oyuna cəmi 3 ehtiyat futbolçu ilə çıxacaq
Farer adalarının “Streymur” klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ”la oyununa cəmi 3 ehtiyat futbolçu ilə çıxacaq. Azerisport.az xəbər verir ki, buna rəqib komandanın ehtiyat qüvvəsinin yetərincə olmaması səbəb olub.
Onlardan biri də qapıçıdı. Belədə, baş məşqçi Hedin Asxam meydana yalnız iki futbolçu buraxmaq imkanına malik olacaq.
Xatirladaq ki, farerlilər ilk oyunda da yalnız 4 ehtiyat futbolçu ilə meydana çıxmışdılar. Lakin bu dəfəki oyunda kapitan Eqil a-Bo da zədə səbəbindən komandasına kömək edə bilməyəcək.
