21 iyul 2011 16:30

AFFA jurnalisləri təbrik etdi (FOTOLAR)

Bu gün Mərdəkanda yerləşən AFFA Futbol Mərkəzində Milli Mətbuat Günü münasibətilə tədbir təşkil olunub. Azerisport.az xəbər verir ki, çoxsaylı KİV nümayəndələri əvvəlcə AFFA Futbol Mərkəzinə baxış keçirib.
 
Mətbuat nümayəndələrinə “Dalğa Arena”nın süni ot örtüyü və stadionun inzibati binası ilə bağlı ətraflı məlumat verilib. Qeyd olunub ki, müasir standartlara cavab verən səviyyədə inşa olunmuş stadionun ot örtüyünə FİFA tərəfindən ən yüksək sertifikat – 2 ulduz verilib. Jurnalistlər stadionun paltardəyişmə otaqlarına, mətbuat konfransı üçün zala baxış keçiriblər.
 
Sonra AFFA Futbol Mərkəzinin çimərlik sahəsindəki yay kafesində baş katib Elxan Məmmədov jurnalistlərlə görüşüb. Milli Mətbuat Günü ilə bağlı AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından KİV nümayəndələrini təbrik edən Məmmədov ölkəmizdə futbolun inkişafı məqsədilə məqsədyönlü tədbirlər həyata keçirildiyini deyib, futbolun təbliğində mətbuatın böyük rolu olduğunu bildirib. Baş katib AFFA-nın əsas prioritetlərindən birinin infrastrukturun inkişafı oluduğunu söyləyib və AFFA Futbol Mərkəzinin inşa olunmasını bu istiqamətdə əldə olunan uğurlardan biri kimi dəyərləndirib. Çıxışının sonunda Elxan Məmmədov jurnalistləri bir daha təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb. Sonra jurnalistlərə AFFA-nın hədiyyələri təqdim olunub.
 
Yeri gəlmişkən sonda onu da qeyd edək ki, İngiltərənin “Arsenal” klubu “Dalğa” arenanın ərazisindən yay düşərgəsi kimi yararlanmaq istəyir. Elxan məlumat bildirib ki, bir müddət öncə London klubunun uşaq yay düşərgələri üzrə koordinatoru əraziyə baxış keçirib. Onlar istirahət mərkəzinin imkanlarını bəyəniblər. Bununla belə, klub nümayəndələri “Arsenal” rəhbərliyinə bu barədə məruzə etməyi məqsədəuyğun sayıblar. Məhz İngiltərə təmsilçisinin rəsmiləri razılıq verəcəkləri halda anlaşma baş tuta bilər. AFFA rəsmisinin fikrincə, “Arsenal”la əməkdaşlıq baş tutsa, bu, “Dalğa” arenanın maddi imkanlarının genişlənməsinə və futbolumuzun təbliğatına kömək edəcək. Lakin istirahət imkanlarından klub rəsmiləri yox, mülki şəxslər və uşaqlar yararlana biləcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.