21 iyul 2011 16:50
Qəbələ və Toni Adamsa ingilis qonaqpərvərliyi (FOTO)
Hazırda İngiltərədə təlim-məşq toplanışında olan “Qəbələ”nin dünən bu ölkənin üçüncü liqa təmsilçisi “Barnet”lə yoldaşlıq oyunu keçirdiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, London təmsilçisinin rəsmiləri komandamıza qarşı qonaqpərvərlik nümayiş etdirib.
Belə ki, “Barnet FC Tərəfdaşları Cəmiyyəti”nin xarici əlaqələr üzrə katibi Con Adkins Toni Adamsı xüsusi olaraq qarşılayıb. O, İngiltərə yığmasının və “Arsenal”ın əfsanəvi üzvünə xüsusi hədiyyə verməyi də unutmayıb.
Xatırladaq ki, “Barnet”in stadionunda keçirilən qarşılaşmada Toni Adamsın komandası 0:1 hesabıyla məğlub olmuşdu.
