21 iyul 2011 17:07
XL oyun günü də məşq etdi
Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin İsrail “Maccabi”si (Təl-Əviv) ilə oyununa 9.5 saat qalmış daha bir məşqə çıxıb. Azerisport.az xəbər verir ki, Mirça Rednik yetirmələrinə matçın keçirəcəyi Lənkəran şəhər stadionunda son dəfə tapşırıqlarını verib.
Bu hazırlıq prosesində rumıniyalı mütəxəssis əsasən standart vəziyyətlərə diqqət ayırıb. Belə ki, xüsusilə künc və cərizmə zərbələri zamanı futbolçulara necə hərəkət etməli olmaları bildirilib. “Ağ-yaşıllar”ın son məşqçi təxminən 1 saata yaxın davam edib.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Maccabi” görüşü bu gün saat 20:30-da Lənkəran şəhər stadionunda keçiriləcək.
