21 iyul 2011 18:29
Maccabiyə İsrail səfirindən dəstək
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" - "Maccabi" (Təl-Əviv) matçını İsrail səfiri də canlı izləyəcək. Azerisport.az xəbər verir ki, İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem bu gün bu məqsədlə Lənkərana yollanıb.
Səhər saatlarında Lənkərana yola düşən səvif şəhər icra hakimiyyətinin Tofiq İbrahimovla görüşüb. Məlumata görə, səfirlə icarə başçısı oyunda təhküləsizlik məsələlərini, İran və bölgədəki bəzi dini qruplaşmaların stadionda yarada biləcəyi təxribatın qarşısının alınması yollarını müzakirə edib. İcra Hakimiyyətində Mixael Lavon Lotemi oyunda heç bir təxribatın baş verməyəcəyinə, təhlükəsizliyin yüksək səviyyədə olacağına inandırıblar.
Mixael Lavon Lotem saat 20:30-da başlayacaq matçı Lənkəran şəhər stadionunun VİP-lojasından canlı izləyəcək.
