21 iyul 2011 18:37
İsrailli futbolçular Lənkəranı gəzintiyə çıxdılar (FOTO)
Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Lənkəranda “Xəzər Lənkəran”ın qonağı olacaq İsrailin “Maccabi” klubunun üzvləri stress atıblar. Azerisport.az xəbər verir ki, Təl-Əviv təmsilçisinin üzvləri bu məqsədlə Lənkəran şəhərini gəzintiyə çıxıblar. Lakin cəmi bir saatlıq gəzintinin ardından futbolçular yenə qaldıqları otelə qayıdıblar.
