21 iyul 2011 19:01
Turanın sabiq baş məşqçisi Serbiya klubunda
“Turan”ın sabiq baş məşqçisi Naci Şensoy özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, Tovuz klubunun keçmiş çalışdırıcısı bundan sonra fəaliyyətini Serbiyada davam etdirəcək.
Belə ki, türkiyəli mütəxəssis bu ölkənin “BSK Belgrad” klubu ilə anlaşıb. Artıq tərəflər arasında 1 illik rəsmi müqavilə bağlanılıb.
Qeyd edək ki, karyerası ərzində düz 3 dəfə “Turan”ın sükanı arxasına keçmiş 53 yaşlı mütəxəssis Türkiyədə “İstanbulspor”, “Altay”, “Kartal Belediyespor” və “Erzurumspor” çalışıb. Həmçinin Bolqarıstanın “Slavia” və “Lokomotif” (Plovdiv) komandalarının sükanı arxasında işləyib.
