21 iyul 2011 19:21
Qarabağ da qələbə qazanacaq, XL da
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Qarabağ” və “Xəzər Lənkəran”ın müvafiq olaraq “Streymur” və “Maccabi” ilə oyunlarında hansı nəticə qeydə alınacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi ilə sizi də tanış edirik.
Belə ki, respondentlərin böyük əksəriyyəti hər iki klubumuzdan ancaq qələbə gözləyir. Belə ki, “hər ikisi qələbə qazanacaq” variantına sorğuya qatılanların düz 62 faizi səs verib.
“Qarabağ”ın qələbə qazanıb, “Xəzər Lənkəran”ın heç-heçə edəcəyini düşünənlər də var. Belə ki, oxucuların 18 faizi məhz bu variant seçib. Ağdam klubunun qələbə qazanacağı halda XL-nın uduzacağını proqnozlaşdıranlar 14 faiz təşkil etdiyi halda, qalan versiyalara o qədər də üstünlük verilməyib.
