21 iyul 2011 11:09
Millimizin heyətində dəyişiklik olundu
İyulun 18-dən etibarən Belarusun paytaxtı Minsk şəhərində təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha bir futbolçu dəvət edilib. Azerisport.az xəbər verir ki, Rusiyanın Tolyatti şəhərini təmsil edən "Akademiya Konoplyova" klubunun oyunçusu Vəkil Talıbov iyulun 20-dən etibarən millinin hazırlığında iştirak edir.
Qeyd edək ki, U-17 iyulun 22-də və 25-də Minsk şəhərində belaruslu həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək.
