21 iyul 2011 23:18
Mirça Rednik: Hazırlıqlara gec başlamışdıq
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Avropa Liqasının ikinci təsnifat mərhələsinin İsrail “Maccabi”si ilə cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, qolsuz bitən görüşdən sonra rumıniyalı mütəxəssis bunları söyləyib:
“Birinci hissədə yaxşı oynadıq. Amma ikinci hissədə fiziki hazırlıq sözünü deməyə başladı. Biz hazırlıqlara gec başlamışdıq. Bütövlükdə, 3 bərabər səviyyəli hissə oynadıq. İsraildəki oyunda çoxlu səhvlərə yol verdiyimzdən, bu fərqi aradan qaldırmaqda çətinlik çəkdik. Rəqibin təcrübəli olması da sözünü dedi”.