21 iyul 2011 23:25
Motti İvanir: İsraildə Lənkərana səfər etməkdən qorxurduq
İsrailin “Maccabi” (Təl-Əviv) klubunun baş məşqçisi Motti İvanir Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, qolsuz heç-heçə ilə bitən görüşdən sonra bunları dilə gətirib:
“Gözlənildiyi kimi, çətin oyun oldu. “Xəzər Lənkəran” yaxşı komandadı, güclü azarkeşi var. Buna baxmayaraq, biz göstərdik ki, daha güclüyük. Bütövlükdə, bu gün bərabər səviyyəli oyun izlədik. İsraildə bura səfər etməkdən qorxurduq. Amma hər şey yaxşı keçdi. Hər şeyə görə sağ olun”.