21 iyul 2011 11:26
Kamran Ağayev: Bu, bizi qıcıqlandırır
“Xəzər Lənkəran”ın kapitanı, qapıçı Kamran Ağayev UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin İsrail “Maccabi”si ilə cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Xəzər Lənkəran” cütün favoritini mübarizədən kənarlaşdıra biləcək?
- Futbolda möcüzələr də olur. Amma mən bunu böyük qəhrəmanlıq hesab etməzdim. Zəhmət çəkib, çalışsan, çox şeyə nail ola bilərsən. İlk oyunun nəticəsi bizim üçün çox ağır oldu. Biz çoxlu səhvlərə yol verdik. Amma bu, o demək deyil ki, indi asanlıqla təslim olmalıyıq. Rəqib indi müəyyən üstünlüyə malikdi. Bizim də müəyyən üstünlüklərimiz var. Elə onu götürək ki, bura Lənkərandı, Təl-Əviv deyil. Burda həmin şeylər təkrarlanmayacaq.

- İlk oyunda rəqibə sadəcə nəticədə yox, həm də sürətdə uduzurduz. Bu dəfə necə olacaq?
- Qələbə onu daha çox istəyən komandanın olacaq. Bizim bu oyuna necə kökləndiyimiz məlumdu. Biz döyüşəcəyik. Özü də bunu kifayət qədər aqressiv şəkildə etmək lazımdı. Rəqib komanda ilk oyunda xüsusi heç nə göstərə bilmədi. Sadəcə “Xəzər Lənkəran” çoxlu səhvlərə yol verdi.

- İlk görüşdəki buraxdığınız üçüncü qol sizə yuxuda əyan olmayıb?
- Xeyr. Əlbəttə, belə qol buraxmaq çox üzücüdü. Mən bütün günahı hakimin üstünə atmaq fikrində deyiləm. Onlar da inşandılar və səhv edə bilərlər. Mən topu tutmalıydım.

- Oyunu necə qurmağa hazırlaşırsız?
- İlk dəqiqələrdən aqressiv oynayacağıq.

- Siz artıq ikinci dəfədi ki, aqressiya haqda danışırsız. Təl-Əviv aeroportundakı 4 saatlıq gözləmə özünü göstərmir?
- Onlar bizə həddən artıq yuxarıdan aşağı baxırdılar. Şübhəsiz, bu da bizi qıcıqlandırır. Ola bilər ki, AZAL və “Neftçi” öz rəqiblərinə məğlub oldular. Amma biz bunu təkrarlamağa hazırlaşmırıq. Bütün azarkeşlər bizi dəstəkləməlidilər. Belə ki, biz hamının əvəzinə qələbə qazanmağa çalışacağıq. “Neftçi”nin Çempionlar Liqasını belə erkən tərk etməsi məni çox pərişan etdi.

- Siz bunu səmimi deyirsiz?
- Sözsüz. Azərbaycan çempionatında biz rəqibik. Amma beynəlxalq arenada biz bir-birimizi dəstəkləməliyik. Əgər onlar “Dinamo”nu keçsəydilər, bu, bizim futbola nə qədər xeyir gətirərdi.