21 iyul 2011 23:30
Emeka Opara: Təkcə mən 3 qol epizodunu qaçırdım
“Xəzər Lənkəran”ın hücumçusu Emeka Opara Avropa Liqasının ikinci təsnifat mərhələsinin İsrail “Maccabi”si ilə cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, qolsuz bitən görüşdən sonra o, saytımıza açıqlamasında bunları söyləyib:
“Komandaya oyuna yaxşı qoşulmuşdu. Birinci hissədə daha çox qol imkanlarımız oldu. Təkcə mən üç qol epizodunu qaçırdım. Bəxt rəqibin tərəfində idi. Təəssüf ki, avrokuboklarla belə vidalaşdıq”.
