21 iyul 2011 11:40
Yığmanın məşqçiləri XL-la Qarabağın oyununda
Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqtsun tapşırığı ilə millimizin məşqçiləri UEFA Avropa Liqasındakı təmsilçilərimizin oyunlarını izləyəcəklər. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bu işi qapıçılarla işləyən məşqçi Faiq Əzizovla U-21-in çalışdırıcısı Bernard Lippertə tapşırıb.
Faiq Əzizov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Lənkəran şəhər mərkəzi stadionunda keçiriləcək "Xəzər Lənkəran" - "Maccabi" (İsrail), 21 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi Bernhard Lippert isə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Streymur" (Farer adaları) oyununu izləyəcək.
