21 iyul 2011 23:46
Hedin Asxam: Qarabağ ilə 2 heç-heçə bizim üçün yaxşı nəticədi
Farer adalarının “Streymur” klubunun baş məşqçisi Hedin Asxam Avropa Liqasının “Qarabağ”la cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, qolsuz (0:0) başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Qarabağ” yaxşı komandadı. Amma bizim də şanslarımız oldu. Bacardığımız qədər oynadıq. Sadəcə bu, növbəti mərhələ üçün yetərli olmadı. İsti sadəcə dəhşətli idi. Biz ancaq standart vəziyyətlərə bel bağlayırdıq. Hər halda hesab edirəm ki, “Qarabağ”la iki heç-heçə bizim üçün yaxşı nəticədi. Amma biz daha çox “Banga” ilə oynamaq istəyirdik. Yeri gəlmişkən, komandanızın “Brugge” ilə mübarizə aparmaq şansları var. Mənim komandanızın heyətində daha çox Əfran İsmayılov xoşuma gəldi”.