21 iyul 2011 11:52
Soltanov ancaq qələbə deyir
“Qarabağ”ın yarımmüdafiəçisi Bəxtiyar Soltanov UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Streymur”la (Farer adaları) cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“İlk oyunun nəticəsi hardasa bizim xeyrimizədi. Amma biz sadəcə ona ümid etməməliyik. Bizim əsas vəzifəmiz bu qarşılaşmada ancaq və ancaq qələbə qazanmaqdı. Bunu bacarsaq, növbəti mərhələyə də adlayarıq”.

Qeyd edək ki, “Qarabağ”la “Streymur” ilk oyununda heç-heçəyə razılaşmışdı – 1:1.