21 iyul 2011 12:01
Sadıq Sadıqov hər kəsdən raport tələb etdi
İyulun 20-də "Neftçi" PFK-nın toplantısı keçirilib. Azerisport.az xəbər verir ki, yığıncaqda klub rəhbərliyi, şöbə və departament rəisləri, eləcə də məşqçilər heyəti iştirak edib.
Toplantıda "Neftçi"nin UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə görüşləri müzakirə olunub. "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov bu oyunların tez bir zamanda analiz olunaraq, hər kəsin məsuliyyət daşıdığı sahə üzrə raport verməsini tələb edib.
