22 iyul 2011 01:53
Avroliqada ikinci təsnifat mərhələsi başa çatdı (YENİLƏNİB)
UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, qitənin nüfuzuna görə Çempionlar Liqasından sonra ikinci ən səviyyəli turniri olan Avroliqada növbəti mərhələyə adlayan bütün xoşbəxtlərin siyahısı müəyyənləşib.
Məlum olduğu kimi, bu turnirin birinci təsnifat mərhələsindən 50 komanda mübarizəyə qoşulmuşdu. Onlardan yarısı mübarizəni ilk cəhddə dayandırarkən, daha güclü bir o qədər kollektiv üçüncü mərhələyə yüksəlmək şansı qazanmışdı. Bu dəfə isə daha 40 komanda yarışla vidalaşdı. Eyni sayda komanda isə mübarizəni üçüncü təsnifat mərhələsində davam etdirmək hüququna yiyələndi.
Məhz bu turnirdə mübarizəni erkən dayandıran klublar arasında Azərbaycan təmsilçisi AZAL da var idi. Lakin “Qarabağ” və “Xəzər Lənkəran”ın növbəti mərhələyə adlamaq şansları qalmaqdaydı. Təəssüf ki, onlardan da yalnız Ağdam klubu üst tura adladığı halda, lənkəranlılar AZAL-ın, eləcə də ÇL-dən tez uzaqlaşan "Neftçi"nin aqibətini yaşadılar.
Yeri gəlmişkən, AZAL-ı mübarizədən kənarlaşdıran Belarus “Minsk”i Türkiyə “Gaziantepspor”u ilə üz-üzəydi. Azərbaycanlı futbolsevərlərin də azarkeşlik etdiyi qardaş ölkə təmsilçisi Minskdən qələbə ilə dönə bilməsə də, Türkiyədə bu komandaya yerini göstərə bildi.
Keçirilən bütün oyunların siyahısı, qeydə alınan nəticələr, eləcə də növbəti mərhələyə adlayan və mübarizəni dayandıran klublarla sizi də tanış edirik. Qeyd edək ki, adları qara hərflərlə işarələnən komandalar üçüncü təsnifat mərhələsinə adlayanlardı:
Avropa Liqası
İkinci təsnifat mərhələsi
Cavab oyunları
21 iyul
İrtış (Qazaxıstan) - Metallurg (Rustavi, Gürcüstan) - 0:2 (İlk oyun 1:1)
Mika (Ermənistan) - Valerenga (Norveç) - 0:1 (0:1)
Vojvodina (Serbiya) - Vaduz (Lixtenşteyn) - 1:3 (2:0)
Gaz Metan (Rumıniya) - KuPS (Finlandiya) - 2:0 (0:1)
Ventspils (Latviya) - Şaxtyor (Soliqorsk, Belarus) - 3:2 (1:0)
Levadia (Estoniya) - Differdange (Lüksemburq) - 0:1 (0:0)
Honka (Finlandiya) - Häcken (İsveç) - 0:2 (0:1)
Aktobe (Qazaxıstan) - Kecskemet (Macarıstan) - 0:0 (1:1)
Elfsborg (İsveç) - Suduva (Litva) - 3:0 (1:1)
Sheriff (Moldova) - Zeljeznicar (Bosniya və Herseqovina) - 0:0 (0:1)
Aalesunds (Norveç) - Ferencvárosi (Macarıstan) - 3:1 (1:2)
AEK (Kipr) - Floriana (Malta) - 1:0 (8:0)
Bnei Yehuda (İsrail) - Sant Julia (Andorra) - 2:0 (2:0)
Dinamo (Tbilisi, Gürcüstan) - Llanelli (Uels) - 5:0 (1:2)
Gagra (Gürcüstan) - Anorthosis (Kipr) - 2:0 (0:3)
Sarajevo (Bosniya və Herseqovina) - Orebro (İsveç) - 2:0 (0:0)
Varaždin (Xorvatiya) - Iskra-Stal (Moldova) - 3:1 (1:1)
Zalsburg (Avstriya) - Metallurg (Latviya) - 0:0 (4:1)
Spartak (Trnava, Slovakiya) - Tirana (Albaniya) - 3:1 (0:0)
Tromse (Norveç) - Paksi (Macarıstan) - 0:3 (1:1)
Vorskla (Ukrayna) - Glentoran (Şimali İrlandiya) - 3:0 (2:0)
Midtjylland (Danimarka) - The New Saints (Uels) - 5:2 (3:1)
Thun (İsveçrə) - Vllaznia (Albaniya) - 2:1 (0:0)
Lokomotiv (Sofiya, Bolqarıstan) - Metallurg (Makedoniya) - 3:2 (0:0)
Zilina (Slovakiya) - Reykjavik (İslandiya) - 2:0 (0:3)
Den Haag (Hollandiya) - Tauras (Litva) - 2:0 (3:2)
Jablonec (Çexiya) - Flamurtari (Albaniya) - 5:1 (2:0)
Gaziantepspor (Türkiyə) - Minsk (Belarus) - 4:1 (1:1)
Olympiakos (Yunanıstan) - Rad (Serbiya) - 1:1 (1:0)
Rabotnicki (Makedoniya) - Juvenes (San Marino) - 3:0 (1:0)
Westerlo (Belçika) - TPS (Finlandiya) - 0:0 (1:0)
Fulham (İngiltərə) - Crusaders (Şimali İrlandiya) - 4:0 (3:1)
Bohemians (İrlandiya) - Olimpija (Sloveniya) - 1:1 (0:2)
Split (Xorvatiya) - Domzale (Sloveniya) - 3:1 (2:1)
Dundee United (Şotlandiya) - Slask (Polşa) - 3:2 (0:1)
Nacional (Portuqaliya) - Hafnarfyordur (İslandiya) - 2:0 (1:1)
Saint Patrick's (İrlandiya) - Şaxtyor (Qazaxıstan) - 2:0 (1:2)
Austriya (Avstriya) - Rudar (Çernoqoriya) - 2:0 (2-ci hissə) (3:0)
