21 iyul 2011 12:16
İvan Krstanoviç: Onlar bizi Bakıda təxribata sürükləyirdi
Xorvatiya çempionu “Dinamo”nun (Zaqreb) hücumçusu İvan Krstanoviç maraqlı açıqlama ilə çıxış edib. Azerisport.az xəbər verir ki, Zaqreb təmsilçisinin forvardı Bakıda keçirilən “Neftçi” ilə qarşılaşmadan öncə rəqib komandanın üzvlərinin onları təxribata sövq etdiyini açıqlayıb:
“Neftçi”nin oyunçuları Slavço Georgiyevski ilə Saşa Stamenkoviç Bakıdakı oyunun əvvəlində milli məsələlərə toxunaraq məni və bizim digər uşaqları təxribata sürükləyirdi. Amma biz bilirdik ki, belə də olacaq. Ona görə də heç nəyə təəccüblənmədik”.
