21 iyul 2011 12:33
Amerika kubokunun finalçıları müəyyənləşdi
Argentinada təşkil olunan Amerika kuboku davam edir. Azerisport.az xəbər verir ki, ötən gecə son yarımfinal oyunu keçirilib.
Bu dəfə Paraqvay və Venesuela yığmaları üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı 0:0 başa çatıb. Əlavə vaxtda da tərəflər qol vura bilmədiyindən qalibi penaltilər müəyyənləşdirib. Daha dəqiq oynayan Paraqvay adını finala yazdırıb.
Qeyd edək ki, ilk yarımfinal görüşündə də Peruya qalib gələn Uruqvay fnala çıxmışdı. Beləliklə, turnirin həlledici oyununda iyulun 24-də Paraqvayla Uruqvay üz-üzə gələcək.
Amerika Kuboku
Yarımfinal
20 iyul
Paraqvay – Venesuela – 0:0 (penaltilərlə - 5:3)
