21 iyul 2011 12:52
İnterin Sloveniya toplanışı davam edir (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, "İnter" hazırda Sloveniyada təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, gündə iki dəfə məşq edən Kaxaber Tsxadadzenin yetirmələri səhər məşqlərində əsasən qaçmaqla yanaşı, fiziki tapşırıqları da yerinə yetirirlər. Axşam isə komanda topa nəzarət və dəqiq ötürmələr üzərində işləyirlər. İyulun 20-də isə komanda ikitərəfli oyun keçirib.
