22 iyul 2011 13:31
Azərbaycan millisi üçün Gürcüstan sınağı
17 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, komandamız bu rəqiblə iki dəfə üz-üzə gələcək.
Görüşlər iyulun 23-də və 25-də, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da baş tutacaq. Hər iki qarşılaşma saat 19:00-da başlayacaq.
