22 iyul 2011 02:11
Galatasaray Braziliya millisinin üzvünü alır
Türkiyənin “Galatasaray" klubu daha bir ulduz futbolçunu heyətinə qatır. Azerisport.az xəbər verir ki, İstanbul klubu "Juventus"lu Felipe Melo barədə rəsmi açıqlama yayıb.
"Cim-Bom" rəsmi saytı ilə yayılan açıqlamada bildirir ki, Felipe Melo ilə transfer danışıqlarına başlanılıb. Açıqlamada o da qeyd olunur ki, İtaliya klubu ilə Felipe Melonun icarəyə götürülməsi üçün müzakirələr aparılır.
Qeyd edək ki, 28 yaşlı Felipe Melo Visente de Karvalyo müdafiəyəmeyilli yarımmüdafiəçidi. O, karyerası ərzində Braziliyanın "Flamengo", "Cruzeiro", "Gremio", İspaniyanın "Mallorca", "Racing", "Almeria", İtaliyanın "Fiorentina" və "Juventus" klublarında çıxış edib. 2008-2010-cu illərdə 24 dəfə Braziliya yığmasına çağırılan Melo 2 qola imza atıb, 2009-cu ildə Konfederasiyalar Kubokunun qalibi olub.
"Galatasaray" bu yay "Trabzonspor"dan Türkiyə yığmasının üzvləri - Ceyhun Gülselamla Selçuk İnanı, "Bolton"dan İsveç millisinin oyunçusu Yohan Elmanderi, "Atletico"dan Çexiya millisinin futbolçusu Tomas Uyfaluşini və "Lazio"dan Uruqvay yığmanın qapıçısı Fernando Musleranı heyətinə qatıb.
