22 iyul 2011 14:21

Qarabağın növbəti rəqibini yaxından tanıyaq

Belçika çempionatının 13 qat qalibi, 10 dəfə ölkə kubokunun qalibi, avrokuboklarda iki dəfə finala çıxmış komanda. Azerisport.az xəbər verir ki, bütün bunlar “Qarabağ”ın Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi – Belçika “Brugge”sinə aiddi.
 
Bu klub 1891-ci ildə yaradılıb. Tam adı “Club Brugge Koninklijke Voetbalvereniging” olan komandanın düz 120 yaşı var. Lakin tarixinə görə zəngin olmasına rəğmən, bu komanda hazırda sanki böhran yaşayır. “Brugge” sonuncu dəfə 2005-ci ildə Belçika çempionu olub. Ölkə kubokunu isə sonuncu dəfə 2007-ci ildə başı üzərinə qaldırıb.
 
Komandanın ləqəbi “qara-mavilər”di. Çünki klub məhz bu rəngləri özündə daşıyır. Ev oyunlarının “Yan Breydel” stadionunda keçirir. Hansı ki, 29,042 azarkeş tutumuna malikdi. Elə təxminən “Qarabağ”ın onları qəbul edəcəyi Tofiq Bəhramov adına Respublika stadionunun tutumu qədər.
 
Belçikada klubların uğuru daha çox onların heyətindən ölkənin əsas yığmasına neçə futbolçunun cəlb olunması ilə ölçülür. “Brugge”də də hazırda bu baxımdan vəziyyət o qədər də ürəkaçan deyil. Çünki son dövrlər bu komandadan yığmaya sadəcə Vadis Ocica-Ofoe və Byorn Fleminks çağırılır. Yeri gəlmişkən, birinci artıq AÇ-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasına qarşı forma geyə bilib. O, millimizin Belçika ilə Brüsseldəki matçının (1:4) 90-cı dəqiqəsində meydana daxil olmuşdu.
 
Son illərdəki böhrandan çıxmaq üçün klub rəhbərliyi 2009-cu ildə baş məşqçi postunu hollandiyalı Adri Kosterə həvalə edib. Hansı ki, öz ölkəsinin ən məşhur klubu olan “Ajax”dakı işi ilə tanınıb. Amma onun da nəticələri ürəkaçan deyil. Onun ilk ildəki işi komandasını Avroliqanın birinci pley-off mərhələsinə çıxarmaqla kifayətlənmişdi. Burda isə onun yetirmələri İspaniya “Valensia”sına uduzmuşdu (1:0, 0:3).
 
Növbəti mövsümdə Belçika təmsilçisi daha uğursuz çıxış edir. Avroliqanın qrup mərhələsində 6 oyundan 3-də uduzur ki, bu mənada ən uğursuz rəqiblərdən biri Zaqreb “Dinamo”su olur (evdə 0:0, səfərdə 0:2). Hansı ki, bu komanda cari mövsümdə Azərbaycan çempionunu Çempionlar Liqası ilə erkən vidalaşmasına nail oldu (3:0, 0:0).
 
Bu komanda indiyə qədər Çempionlar Liqasında 77 oyuna çıxıb ki, onlardan 32-də qələbə qazanıb, 16-da heç-heçə edib. Qalan 29 görüşdə isə məğlub olub. Topların fərqi – 106-93. Kuboklar kubokunda 28 oyundan 15-də qələbə qazanıb, 3 heç-heçə edib, 10-da uduzub. 41 qol vurduğu halda 33-dəfə də özü buna üzülüb. Avropa Liqasında isə daha böyük təcrübəsi var. Hər halda bu turnirdə düz 124 matça çıxmış belçikalılar 58 dəfə qələbə sevinci yaşayıblar. 25 görüşlərini heç-heçə başa vurduqları halda 41-də uduzublar. Topların fərqində isə öndədilər – 219-162.
 
“Brugge”nin bu yay əsas itkilərindən biri aparıcı forvardı İvan Preşiçin komandadan getməsi sayıla bilər. Belə ki, adıçəkilən futbolçu Almaniyanın “Borussia” (Dortmund) klubuna keçib. Onun əvəzində Byorn Fleminks alınıb ki, onun üçün klub rəhbərliyi 3 300 000 avrosundan keçib. Hər halda kifayət qədər bahalıdı.

İstənilən halda “Brugge” elə də qorxulu rəqib sayılmamalıdı. Ən azı bu komanda Dortmund “Borussia”sı deyil. Amma Ağdam klubu bu rəqibini keçmək istəyirsə, təbii ki, “Streymur”la oyunlardakı kimi yox, tam fərqli futbol sərgiləməlidi.
 
Qeyd edək ki, “Qarabağ”ın “Brugge” ilə ilk görüşü iyulun 28-də səfərə keçiriləcək. Brüggedəki “Yan Breydelstadion” arenasında keçiriləcək matçın start fiti yerli vaxtla 20:30-da (Bakı vaxtı ilə 23:30-da) veriləcək. Cavab görüşü isə avqustun 4-də Bakıda baş tutacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.