22 iyul 2011 14:17
Mirça Rednik: Mənim qərarım qətidi
“Xəzər Lənkəran” komandasının artıq keçmiş baş məşqçisi Mirça Rednik cənub təmsilçisindən ayrılmasına münasibətini bildirib. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları dilə gətirib:
“İlk olaraq mənim sevimli dostlarıma, çətin günümdə dost əllərini uzadan və tanıdığım ən səsmimi insanlar olan “Xəzər Lənkəran” azarkeşlərinə salamlarımı çatdırmağınızı xahiş edirəm. Onlardan uzaq düşməyimdən üzüləcəyəm. Amma onu deyim ki, sonda rastlaşdığım münasibətdən sonra bir daha geri qayıtmaram. Məni qərarım qətidi. Mən adıma uyğun şəraitdə fəaliyyət göstərə bilərdim. Mümkün qədər qaldım. Sonda bir daha azarkeşlərə salamımı çatdırmağınızı və onları sevdiyimi demənizi xahiş edirəm. “Xəzər Lənkəran” klubuna, rəbərliyinə və yalnız xoş sözlərə layiq olan azarkeşlərinə uğurlar arzulayıram”. (12-ci oyunçu)
