22 iyul 2011 14:50
Qarabağın Bruggeni yaxından öyrənməsi üçün 2 şans
Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Belçikanın “Brugge” klubu komandamızla görüşdən öncə yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, Belçika klubu Hollandiyanın “Roda” komandası ilə qarşılaşacaq.
Bu qarşılaşma sabah baş tutacaq. Hər halda Ağdam klubunun rəsmilərindən hansısa bu görüşü canlı izləyib, müəyyən məlumatlar ala bilsə, “Qarabağ”ın işinə yarayar.
Qeyd edək ki, “Qarabağ”la “Brugge” arasındakı ilk qarşılaşma iyulun 28-də səfərdə keçiriləcək. Cavab görüşü isə avqustun 4-də oynanılacaq. Adre Kosterin komandası komandamızla cavab görüşünə kimi daha bir matça çıxacaq. Belə ki, “qara-mavilər” iyulun 31-də Belçika çempionatının 1-ci turu çərçivəsində “Westerlo” ilə ilk sınağa çıxacaqlar.
