22 iyul 2011 15:23
Xəzər Lənkəran səkkiz futbolçunun ümidinə qalıb
Avropa Liqasının ikinci təsnifat mərhələsinin İsrail “Maccabi”si (Təl-Əviv) ilə qarşılaşmalarda uğursuzluqla yaşayan “Xəzər Lənkəran” rəhbərliyinin ciddi islahatlara əl atdığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi Mirça Redniklə bərabər onun köməkçi məşqçiləri, eləcə də bütün legioner futbolçuların komandadan ayrılıb.
Hazırda “Xəzər Lənkəran” komandasında yalnız 8 futbolçu qalıb. Onlar aşağıdakılardı: Kamran Ağayev, Kamal Bayramov, Orxan Sadıxlı, Elnur Allahverdiyev, Alim Qurbanov, Rahid Əmirquliyev, Şəhriyar Xəlilov, Elnur Abdullayev.
