22 iyul 2011 03:25
Volqa Vaqif Cavadova daha bir rəqib aldı
Azərbaycan millisinin hücumçusu Vaqif Cavadovun şərəfini qoruduğu Rusiyanın “Volqa” klubu növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, bu, 21 yaşlı futbolçu Nikita Malyarovdu.
Ampluaca yarımmüdafiəçi olan bu oyunçu ilə 3 illik rəsmi müqavilə bağlanılıb. Onun son klubu isə Nalçik “Spartak”ı olub.
Moskva “Dinamo”sunun yetirməsi olan Malyarov daha çox mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir. Bu üzdən də Vaqifin müəyyən mənada onunla da rəqabət aparmalı olacağını düşünmək olar. O, Rusiyanın gənclərdən ibarət yığmasına da çağırılır.
