22 iyul 2011 16:06
Ramiz Məmmədov: Qarabağ Bruggeni keçəcək gücdədi
Azərbaycanlı mütəxəssis Ramiz Məmmədov azerisport.az saytına müsahibəsində “Neftçi”, “Xəzər Lənkəran” və “Qarabağ”ın avrokuboklardakı çıxışını dəyərləndirib.
- “Neftçi”, XL və “Qarabağ”ın hər üçü ev oyununda qolsuz heç-heçəyə razılaşdı ki, bunlardan yalnız Ağdam klubu növbəti mərhələyə vəsiqə qazana bildi...
- Bütün bu oyunlara baxmışam. Bizimkilər heç də pis oynamadılar. Ancaq təəssüf ki, öz qol şanslarından yararlana bilmədilər. Bütövlükdə daha çox “Xəzər Lənkəran”ın oyunu xoşuma gəldi. “Qarabağ” da yaxşı oynadı. Amma “Neftçi”nin taleyi fikrimcə ilk oyunda həll olunmuşdu. Buna görə də futbolçuların özlərinə inamı qalmadığı diqqət çəkirdi.
- Amma cavab oyununa kimi “Neftçi”nin futbolçuları ancaq qələbəyə oynayacaqlarını bildirirdilər...
- Bilirsiz, onları günahlandırmaq da düz olmazdı. İlk oyundakı darmadağından sonra onlar təbii ki, qisas almaq istəyirdilər. Amma bu istək bəzən o qədər çox olur ki, komandanın özünü “yandırır”. “Neftçi” çempionatda tam fərqli oyun sərgiləyirdi.
- Amma lənkəranlıların onlardan fərqli, durumları bir qədər yaxş idi...
- Dediyim kimi, onların oyunu xoşuma gəldi. Amma qol vurmaq lazım idi. Məsələn, Emeka Oparanın iki real qol epizodu oldu. Onları vursaydı, hər şey tam fərqli ola bilərdi. Mən özüm də lənkəranlıların uğur qazanacağına inanırdım. Ümumiyyətlə, hesab edirəm ki, uğur XL-dan üz çevirmişdi.
- XL “Maccabi” ilə oyunlar öncəsi heyətində ciddi dəyişikliklərə əl atmışdı. Bu, uğursuzluqda rol oynaya bilərmi?
- Əlbəttə, bu, sözünü deməyə bilməzdi. Təbii ki, yeni futbolçuların tam uyğunlaşması üçün vaxt lazımdı. İndi bu onların öz siyasəti idi. Mən də məşqçiyəm və bu komandanı çalışdıran mütəxəssisin işinə qarışmağım düz olmazdı. Görünür, o, özü belə istəyib. Amma şəxsən mənim üçün Uinston Parksın bu komandadan getməsi hələ də anlaşılmaz qalır. “Maccabi” ilə oyunlarda onun yoxluğu hiss olunurdu. O, XL-a kömək edə bilərdi.

- “Qarabağ” isə onların nəticəsini təkrarlasa da, növbəti mərhələyə adlaya bildi...
- Fikrimcə, ağmdalılar bu rəqiblə oyunda bir qədər ehtiyatlı davranırdı. Çünki farerlilər standart vəziyyətlərdən çox məharətlə yararlanırdılar. “Qarabağ” da onlara qarşı belə oynamaqla düzgün variant seçmişdi. Özünüz də gördünüz ki, son dəqiqələrdə onlar yenə qapımız qarşısında təhlükəli vəziyyətlər yaratmağa başlamışdılar. Bir təsadüfi qol hər şeyi dəyişə bilərdi. Buna görə də komandamızın ehtiyatlı oyununu düzgün hesab edirəm.
- Və artıq azərbaycanlı futbolsevərlərin Avropada azarkeşlik etməli olduğu yenə bir komanda qaldı – “Qarabağ”...
- Və artıq azərbaycanlı futbolsevərlərin Avropada azarkeşlik etməli olduğu yenə bir komanda qaldı – “Qarabağ”...
- Bilirsiz ki, qışda mən “Brugge”nin təlim-məşq toplanışlarında iştirak etmişdim. Onların baş məşqçisi ilə də söhbətimiz olmuşdu. Çox yaxşı komandadı. Amma “Qarabağ”ın da onları keçəcək gücdə olduğunu düşünürəm. Hər halda onlar Norveç “Rosenborg”unun, Polşa “Wisla”sının timsalında bunu göstəriblər. Onlara bu yolda uğurlar arzulayıram.